ONLAYN KREDİT SİFARİŞİ XƏBƏRLƏRƏ ABUNƏ OLUN ONLINE SORĞU

Valyuta kalkulyatoru

Növbəti Bakı Şopinq Festivalının təqdimatı keçirildi!

12 oktyabr, 2017
Növbəti Bakı Şopinq Festivalının təqdimatı keçirildi!

Oktyabrın 15-də Bakıda İkinci Şopinq Festivalı başlanacaq. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı, eləcə də təsdiq etdiyi ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

II Bakı Şopinq Festivalı da bir ay davam edəcək. Noyabrın 15-dək davam edəcək festivala 400-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyəti ƏDV qaytarılması sisteminə qoşulmaqla, turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim edəcəklər. Həmçinin bir çox sürprizlər və əyləncəli tədbirlər də festival iştirakçılarını gözləyir.

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və Azər Türk Bankdır.

Bu dəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gəlir. Belə ki, ilk dəfə olaraq artıq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bunlar “Bravo” hipermarketi və “Neptun” supermarketləridir. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.

Bakı Şopinq Festivalı turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, Festival mağazalarına şopinq turların təşkili daxildir. Həmçinin alıcılar xüsusi hədiyyə kartıları qazanacaq, eləcə də, xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edə biləcəklər.

Turistləri və alıcıları həvəsləndirmək üçün Ticarət mərkəzlərində interaktiv oyunlar təşkil ediləcək, Festival boyunca Fəvvarələr meydanında Fan zonası fəaliyyət göstərəcək.

BÜTÜN XƏBƏRLƏR