Müxbir hesablara xidmət


Bankda mövcud olan müxbir hesablara kompleks xidmətlər sistemi digər banklara aşağıdakıları həyata keçirməyə imkan verir.

  • müxbir hesabları aparmaq
  • respublikada və xaricdə nağdsız hesablaşmalar aparmaq
  • konversiya əməliyyatları aparmaq
  • əməliyyatlar və hesabın vəziyyəti haqqında arayış və çıxarışlar, ödəmə sənədlərinin surətlərini almaq
  • nağd pul vəsaitini hesaba köçürmək, hesabdan nağd vəsait götürmək
  • köçürülmüş pul vəsaitinin axtarışı üçün sorğu vermək
  • sorğu olunan dövrdə müştərinin hesab tarixi üzrə informasiya ilə təmin etmək

Bankda mövcud olan S.W.I.F.T. elektron ödəmə sistemi həm respublikanın ərazisində, həm də xaricdə köçürmələri tez və keyfiyyətlə həyata keçirir.

Rezident banklara müxbir hesabların açılması üçün tələb olunan sənədlər:

  1. Hesab açmaq üçün Ərizə
  2. Nizamnamənin surəti (notariat qaydasında təsdiq olunmuş formada)
  3. Dövlət Qeydiyyatı haqqında sənədin surəti (notariat qaydasında təsdiq olunmuş formada)
  4. Bank lisenziyası (notariat qaydasında təsdiq olunmuş formada)
  5. Vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə Dublikatların əsli (hər hesab növü üzrə 1 ədəd)
  6. İmza möhür nümunəsi – 2 ədəd (notariat qaydasında təsdiq olunmuş formada)
  7. İmza səlahiyyəti olan şəxslərin təyin olunma haqqında sənəd və ya əmrləri
  8. Hesab üzrə sərəncam hüququna malik inzibatçının Mərkəzi Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya vərəqəsinin notariat qaydasında təsdiq olunmuş surəti
  9. İmza səlahiyyəti olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri
  10. Müqavilə
  11. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat

Qeyri-rezident banklara müxbir hesabların açılması üçün tələb olunan sənədlər:

  1. Hesab açmaq üçün Ərizə
  2. Bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçən ölkənin səlahiyyətli orqanı tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş);
  3. Son maliyyə ilinə audit yoxlamasının nəticələri barədə hesabat
  4. Son ayın 1-i tarixinə balans
  5. Bankın rəhbərliyi haqqında məlumat, habelə səlahiyyətli imzalar nümunəsi məcmuəsi və ya hesab üzrə sərəncam vermək səlahiyyətlərinə malik şəxslərin imza nümunələrinin və bankın möhürünün qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış əksi
  6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli orqanı tərəfindən (mərkəzi bank və ya digər səlahiyyətli orqan) müxbir hesabın açılmasına verilmiş icazə (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti)
  7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat

*Azərbaycan Respublikası Mərkəzi Bankının təlimatlarına uyğun olaraq Rezident banklar Milli valyutada müxbir hesaba yalnız Azərbaycan Respublikası Mərkəzi Bankında malik ola bilərlər.

 

Valyuta kalkulyatoru