FATCA


Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

 

“Azər Türk Bank” ASC də FATCA tələblərindən irəli gələrək, Daxili Gəlirlər İdarəsinin (IRS) elektron portalında qeydiyyatdan keçmişdir.

“Azər Türk Bank” ASC-nin FATCA statusu: Model 1 IGA uyğun olaraq hesabat verən maliyyə institutu

Bankın Qlobal Eyniləşdirmə Nömrəsi (GIIN): 64ILK7.99999.SL.031

Valyuta kalkulyatoru