İnsan Resursları


Azər Türk Bank bilik və bacarıqlarına güvənən, daim öyrənməyə, fərdi inkişafa can atan yüksək potensiallı, əməksevər və məsuliyyətli insanları Bankın peşəkar komandasının bir üzvü olmağa dəvət edir. Bizə qoşulmaq istəyən şəxslər özləri barədə məlumatları aşağıdakı müraciət formasına uyğun şəkildə bizə göndərə bilərlər.

Müraciət forması

İşə qəbul üzrə mütəxəssis
Dil bilikləri
Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti.
Vəzifə ilə bağlı tələblər:
  • Ali təhsil (iqtisadi təhsili olanlara üstünlük verilir);
  • Bank sahəsində işə qəbul üzrə minimum 1 il iş təcrübəsi;
  • Windows 10, MS Office (Word, Excel) proqramlarında işləyə bilmək bacarığı;
  • Hesabatlar tərtib etmə bacarığı;
  • Analitik təhlil qabiliyyəti.
Vəzifə öhdəlikləri :
  • Daxili sifarişlər əsasında vakansiyaların müəyyənləşdirilməsi;
  • Vakansiyalar üzrə elanların hazırlanması və yerləşdirilməsi (saytlarda, sosial şəbəkələrdə və s.);
  • İşə qəbul agentlikləri ilə əlaqələrin qurulması və əməkdaşlıqların təşkil edilməsi;
  • Daxil olan müraciətlərin təhlili, uyğun namizədlərin seçim prosesinə cəlb olunması;
  • Müsahibələrdə istifadə olunacaq suallar toplusunun hazırlanması;
  • Namizədlərlə ilkin müsahibələrin keçirilməsi;
  • Namizədlərə müsahibə nəticələri barədə məlumatların verilməsi;
  • Bankdaxili işə qəbul prosedurunun tələblərinə uyğun olaraq struktur bölmələrin kadrlarla təmin olunması;
  • İşə qəbul proseslərini əks etdirən hesabatların hazırlanması.
Digər:
Komandada işləmək, işgüzar ünsiyyət qurmaq bacarığı.

CV-lərin son qəbul tarixi 30.06.2018

Bank əməliyyat sistemlərinin idarə olunması şöbəsində aparıcı proqramçı
Dil bilikləri
Azərbaycan və rus dilləri - əla, ingilis dili - yaxşı səviyyədə
Təhsil
Ali təhsil
Vəzifə ilə bağlı tələblər
  • İnformasiya texnologiyaları sahəsində ən azı 2 il iş təcrübəsi
  • ORACLE (PL/SQL, SQL) üzrə mükəmməl biliklərin olması və iş təcrübəsi;
  • SQL optimallaşdırılması üzrə təcrübə;
  • JAVA Framework-ləri (Spring, JSF) üzrə bilikləri olan namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri
  • Proqram təminatlarına nəzarət edilməsi;
  • Biznes tələblərin təhlili və tələblərinə uyğun yeni program təminatlarının hazırlanması;
Yaş həddi
23-35

CV-lərin son qəbul tarixi 30.06.2018

Bank əməliyyat sistemlərinin idarə olunması şöbəsində proqramçı (reporting)
Dil bilikləri
Azərbaycan və rus dilləri - əla, ingilis dili - yaxşı səviyyədə.
Təhsil
Ali təhsil
Vəzifə ilə bağlı tələblər
  • İİnformasiya texnologiyaları sahəsində ən azı 1 il iş təcrübəsi
  • ORACLE (SQL) üzrə mükəmməl biliklərin olması və iş təcrübəsi;
  • SQL optimallaşdırılması üzrə təcrübə;
Vəzifə öhdəlikləri
  • Proqram təminatlarına nəzarət edilməsi;
  • Biznes tələblərin təhlili və tələblərinə uyğun yeni program təminatlarının hazırlanması;
Yaş həddi
23-35

CV-lərin son qəbul tarixi 30.06.2018

Qarantiya və Akkreditivlər üzrə aparıcı mütəxəssis/mütəxəssis
Dil bilikləri
Azərbaycan, ingilis və rus dillərində sərbəst danşmaq və yazmaq qabiliyyəti
Vəzifə ilə bağlı tələblər
Qarantiya və akkreditivlərlə ən azı 1 il iş təcrübəsi
SWIFT proqramında 7-ci kateqoriya üzrə iş təcrübəsi
Ali təhsil
Windows 10, MS Office (Word, Excel) proqramlarını bilmək
Vəzifə öhdəlikləri
  • Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək;
  • Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq;
  • Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq;
  • Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işə aid digər qayda və təlimatları aktiv şəkildə öyrənmək;
  • İşə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq;
  • Korporativ Xidmətlər üzrə bankın filial və departamentlərin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək.
Digər
Komandada işləmək, işgüzar ünsiyyət qurmaq bacarığı

CV-lərin son qəbul tarixi 30.06.2018

Qəbələ şöbəsi. Əməliyyat bölməsi. Əməliyyatçı-kassir
Staj
Bank və ya kredit təşkilatlarında min. 1 il
Yaş həddi
23-35
Təhsil
Ali iqtisadi
Kompyuter bilikləri
Windows 10, MS Office (Word, Excel) – yaxşı, bank proqram təminatı üzrə biliklərə üstünlük verilir
Dil bilikləri
Azərbaycan dili – səlis, xarici dil biliyi arzuolunandır
Vəzifə öhdəlikləri
  • Cari, ödəniş kartı, əmanət və kredit hesabları, təcili köçürmələr və kommunal ödənişləri ilə işləmək;
  • Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması və aparılması;
  • Əmanətlərin qəbulu və idarə olunması;
  • Təcili pul köçürmə sistemlərində işləmə bacarığı;
  • Ödəniş tapşırıqları ilə işləmə bacarığı;
  • Nağd vəsaitlərin qəbul edilməsi və verilməsi üzrə əməliyyatlar.
Digər
Komandada işləmək, insanlarla xoşməramlı və işgüzar ünsiyyət qurmaq bacarığı

CV-lərin son qəbul tarixi 30.06.2018

Baş ofis. Korporativ satış mütəxəssisi
Vəzifə öhdəlikləri:
  • Müxtəlif seqmentlərə aid korporativ müştərilərin Banka cəlb edilməsi məqsədilə onlarla birbaşa əlaqələr qurmaq, daim yüksək səviyyəli xidməti təmin etmək;
  • Kompleks bank məhsul və xidmətlərinin müştərilərə təklifini təşkil etmək, çarpaz satışların həyata keçirmək;
  • Xidmət strukturları ilə birgə Korporativ müştərilərə Bank xidmətlərinin yüksək səviyyədə göstərilməsini və ümumi prosesləri nəzarətdə saxlamaq;
  • Kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq;
  • Hər bir müştəri seqmenti üçün müvafiq şərti maliyyələşmə limitlərinin müəyyən edilməsi, təklif ediləcək xidmət və məhsulların, tariflərin strukturlaşdırılması və risk səviyyəsi meyarları üzrə ilkin qiymətləndirilməsi üçün KYC (Öz Müştərini Tanı) prosedurlarının tətbiq üzrə təkliflər vermək;
  • Müştərilərə xidmət strukturlarında korporativ satış fəaliyyətini koordinasiya etmək;
  • Korporativ müştərilər üçün məhsulların hazırlanması prosesinin iştirak etmək;
  • Satış hədəflərinin planlaşdırılması və satış dinamikasının təhlili aparmaq;
  • Maliyyələşdirmə üzrə müştərinin tələblərinə uyğun strukturlaşdırmanı həyata keçirmək;
  • Satış göstəricilərinə müntəzam nəzarət və monitorinq etmək;
  • Satış hədəflərinə nail olmaq məqsədilə müvafiq tədbirlər görmək;
  • Korporativ müştərilərin Bank vasitəsilə həyata keçirdiyi əməliyyatları analiz etmək və hesabatlılığını aparmaq.


Namizədə dair tələblər
  • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
  • Müvafiq sahə (korporativ müştərilərə xidmət) üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
  • Sahəyə aid olan qayda və normativləri bilmək;
  • Bütün kateqoriyalı müştərilər ilə effektiv əlaqələr qurmaq və qorumaq bacarığı;
  • Biznes münasibətləri genişləndirmək və təkmilləşdirmək bacarığı;
  • Yüksək ünsiyyət və əlaqə qurma bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • “MS Office” (Word, Excel, Power Point və sair) proqramlarından mükəmməl istifadə bacarığı;
  • Maliyyə və kredit analizi bilikləri;
  • Azərbaycan və rus dillərin səlis, ingilis dilini yaxşı (upper intermediate) səviyyədə bilmək.


Maraqlana namizədlər aşağıdakı vasitələrlə müraciət edə bilərlər
  • http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq
  • CV-ləri hr@azerturkbank.az poçt ünvanına göndərərək
  • Mövzu hissəsində" KORPORATİV SATIŞ MÜTƏXƏSSİSİ " qeyd etmək tələb olunur
  • CV-lər 15 Dekabr 2017-ci ilədək göndərilməlidir.

CV-lərin son qəbul tarixi 30.06.2018

Baş ofis: Referent
Vəzifə ilə bağlı tələblər
  • Ali təhsil,
  • Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək
  • İngilis dilini bilmək arzuolunandır
  • MS Office (Word, Excel) proqramları yaxşı səviyyədə bilmək
  • Ofis avadanlığı ilə işləmək bacarığı



Vəzifə öhdəlikləri
  • Bankın sənəd dövriyyəsini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edir (sənədlərin qəbulu, qeydiyyata alınması, çatdırılması, göndərilməsi);
  • Bаnkа dахil оlаn və bаnkdаn çıхаn məktublаrın qеydiyyаtını аpаrır;
  • Tеlеfоn zənglərini qəbul еdir, qəbul еdilmiş məlumаtlаrın qеydiyyаtını аpаrır və оnlаrın məzmunu bаrədə müvаfiq şəхsləri məlumаtlаndırır;
  • Məktublаrı və rəhbərliyə çаtdırılаcаq mаtеriаllаrı kоmpütеrdə yığır və оnlаrın rəsmiləşdirilməsinihəyаtа kеçirir;
  • Sənədləri bаnkdа qəbul оlunmuş qаydаlаrа müvаfiq tərtib еdir, оnlаrın sахlаnılmаsını təmin еdir vəmüəyyən оlunmuş müddətdə аrхivə təhvil vеrir; Görülmüş işlər barədə mütəmadi olaraq hesabat hazırlayır

Digər
  • Komandada işləmək bacarığı, insanlarla işgüzar ünsiyyət qurmaq bacarığı


CV-lərin son qəbul tarixi 30.06.2018

Valyuta kalkulyatoru