İnsan Resursları | Azər Türk Bank | Sizin Dövlət Bankınız

İnsan Resursları


Azər Türk Bank bilik və bacarıqlarına güvənən, daim öyrənməyə, fərdi inkişafa can atan yüksək potensiallı, əməksevər və məsuliyyətli insanları Bankın peşəkar komandasının bir üzvü olmağa dəvət edir. Bizə qoşulmaq istəyən şəxslər özləri barədə məlumatları aşağıdakı müraciət formasına uyğun şəkildə bizə göndərə bilərlər.

Müraciət forması

Data Analitik - Rəqəmsal Transformasiya Mərkəzi (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Skorinq sisteminin optimallaşdırılması, məlumatların analizi və məlumatlara uyğun yeni modellərin təklif olunması
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi.


Namizədə dair tələblər:
  • Ali təhsil
  • Səlis Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər
  • SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı) 
  • Analitik tool-larla işləmə bacarığı
  • Yüksək səviyyədə MS Excel biliyi
  • Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning (avtomatik öyrənmə) və statistik metodlarla işləmək bacarığı
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (matplotlib, seaborn, ggplot).
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər 
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti 
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi 


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
Proqramçı - Rəqəmsal Transformasiya Mərkəzi / Data Science komandası (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Bank əməliyyat sisteminin dəstəklənməsi
  • Hesabatların yazılması
  • Bank Əməliyyat Sistemində yeni funksionallıqların biznes tapşırığa uyğun yazılması.


Namizədə dair tələblər:
  • Ali təhsil
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Bank sahəsində iş təcrübəsi arzu olunandır
  • SQL, PL/SQL üzrə proqramlaşdırma dillərini yaxşı bilmək 
  • SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı) 
  • MS Excell bacarıqlarının yüksək səviyyədə olması arzu olunandır 
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər 
  • Yeni texnologiyaları öyrənmə həvəsi 
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti 


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
Mütəxəssis - Korporativ Bankçılıq Departamenti / Korporativ satış şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək
  • Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək
  • Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək
  • Korporativ müştərilərə tam və keyfiyyətli xidmətin təşkil edilməsi məqsədilə satış nöqtələrində hüquqi şəxslər və fərdi sahibkarlara xidmət göstərən əməkdaşların fəaliyyətinə nəzarət etmək.


Namizədə dair tələblər:
  • Ali təhsil
  • Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır
  • Satış sahəsində minimum 2 il, Bankda satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Analitik təhliletmə qabiliyyəti
  • İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
Data Science üzrə mütəxəssis - Risk Menecmenti Departamentinin / Kredit riskləri şöbəsində (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Risk modellərinin qurulması və işinə nəzarət;
  • Risk modellərinin yenilənməsi, təkmilləşdirilməsi, validasiyası prosedurları və texniki dəstəyin təminatı;
  • Problemləri müəyyənləşdirmək, həlləri üzrə təkliflər vermək və səmərəli qərar qəbul etmək məqsədilə digər şöbələrlə sıx əlaqədə olmaq.


Namizədə dair tələblər:
  • Ali təhsil (Komputer elmləri, riyaziyyat, kibernetika və digər əlaqəli texniki fənlər);
  • R və ya Python, SAS, SQL proqramlaşdırma dilləri üzrə bilik və təcrübə;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili biliyi;
  • MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
Korporativ bankçılıq məhsulları üzrə SMM / marketinq mütəxəssisi - Marketinq Departamenti / Reklam və Kommunikasiya şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Bankın sosial şəbəkələrdə mövcud olan korporativ səhifələrinə nəzarət;
    • Kontent-planın hazırlanması;
    • Kontentin hazırlanmasına nəzarət və paylaşılması;
    • Copywriting (mətnlərin hazırlanması);
    • Target reklamının yaradılması;
    • Səhifənin effektliyinin analizi və hesabatın hazırlanması;
  • Bankdaxili və digər yazışma sənədlərinin hazırlanması və nəzarət;
  • Bankın korporativ üslunun qorunmasına nəzarət;
  • Daxil olan təkliflərin toplanılması və rəhbərliyə təqdim edilməsi;
  • Filiallarda yerləşən reklam materiallarına nəzarət.


Namizədə dair tələblər:
  • Azərbaycan və Rus dillərini səlis bilməli;
  • Sosial şəbəkələr ilə işləmə bacarığı;
  • Copywriting bacarığı;
  • İşə yaradıcı yanaşma;
  • MS Office proqramladan istifadə bacarığı;
  • Komanda tərkibində işləmək bacarığı.


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
HR brendinq üzrə SMM / marketinq mütəxəssisi - Marketinq Departamenti / Reklam və Kommunikasiya şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Bankın sosial şəbəkələrdə mövcud olan korporativ səhifələrinə nəzarət;
    • Kontent-planın hazırlanması;
    • Kontentin hazırlanmasına nəzarət və paylaşılması;
    • Copywriting (mətnlərin hazırlanması);
    • Target reklamının yaradılması;
    • Səhifənin effektliyinin analizi və hesabatın hazırlanması;
  • Bankdaxili və digər yazışma sənədlərinin hazırlanması və nəzarət;
  • Bankın korporativ üslunun qorunmasına nəzarət;
  • Daxil olan təkliflərin toplanılması və rəhbərliyə təqdim edilməsi;
  • Filiallarda yerləşən reklam materiallarına nəzarət.


Namizədə dair tələblər:
  • Azərbaycan və Rus dillərini səlis bilməli;
  • Sosial şəbəkələr ilə işləmə bacarığı;
  • Copywriting bacarığı;
  • İşə yaradıcı yanaşma;
  • MS Office proqramladan istifadə bacarığı;
  • Komanda tərkibində işləmək bacarığı.


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019
Mütəxəssis - Pərakəndə Bankçılıq Departamenti / Pərakəndə məhsul və xidmətlərin yaradılması şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
  • Ali təhsil
  • Bankda sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan və Rus dili biliyi
  • Analitik təhliletmə qabiliyyəti
  • İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı


Namizədə dair tələblər:
  • Pərakəndə xidmətlərin həyata keçirilməsi məqsədilə, ticarət və xidmət obyeklərində görüşlərin təşkili və partnyor əlaqələrin yaradılması
  • Partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi
  • Görülən işlər barədə hesabatların rəhbərliyə təqdim edilməsi


 
  • CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya cv@azerturkbank.az poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
  • CV-lər son qəbul tarixi 31.10.2019

Valyuta kalkulyatoru