Missiya və strateji baxış | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Missiya və strateji baxış


Bankın Missiyası
“Azər Türk Bank” ASC etibarlı biznes tərəfdaşıdır, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verir, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərir.

Bankın Strateji baxışı
Məmnun və peşəkar komandası ilə müştərilərin tələbatını yüksək sürət və keyfiyyətlə  qarşılayan, onlara daim  ünvanlı  məhsul və  xidmət  təklif edən ən innovativ  bank olmaqdır.

Bankın strateji hədəfləri
Ünvanlı məhsul
Müştəri tələbatına uyğun məhsul və xidmətlərin təklifi ilə müştəri üçün rəqəmsal maliyyə supermarketinə çevrilməkdir;
Satış kanalları
Alternativ satış kanalları vasitəsilə (rəqəmsal bankçılıq) sürətli və fasiləsiz xidmətin tətbiqinə nail olmaqdır;
Əməkdaşlıq
Kiçik və orta sahibkarlıq seqmentlərin ən yaxın biznes tərəfdaşına çevrilməkdir.

Dəyərlərimiz

İnnovativlik – Sürətlə dəyişən müştəri tələbatının daha dolğun ödənilməsi üçün müasir bank texnologiyalarını tətbiq etməkləə və bank sektorunda yeni tendensiyalar yaratmaqla innovativ  məhsul və xidmətlər təklif  edirik.
Liderlik  – Başladığımız  hər bir işdə ən yaxşı olmağa çalışırıq.
Komanda ruhu - Dəqiq və çevik qərar verən, mütərəqqi, müştəri yönümlü düşüncəyə  malik  peşəkar idarəedici  və  əməkdaşlardan ibarət güclü  komanda  ruhuna sahibik.
İşçi məmnuniyyəti – Bankın hər bir əmməkdaşının məmnuniyyətini, onların Banka və  müştərilərə sadiqliyi üçün sağlam iş mühitini təmin edir, maddi və qeyri-maddi motivasiya  sistemini yaradırıq.
Müştəri məmnuniyyəti – Müasir dövrdə daim dəyişən müştəri təlləbatının dolğun ödənilməsi  üçün multikanallar vasitəsilə yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlərimizi təklif  edirik.
Dürüstlük – Müştərilərimiz və biznes tərəfdaşlarımızın etimadını dürüst fəalliyyətimizlə  doğrulduruq.
Çeviklik – Peşəkar komandamız texnologiyaların sürətlə inkişaf etdiyi və rəqabətin  kəskinləşdiyi bir zamanda müştəriləri və tərəfdaşları ilə bağlı daima düzgün, çevik qərar verir və  xidmət göstərir.
Məsuliyyət – Məsuliyyəti öz üzərinə götürmək uğur qazanmağa əmin olmağa bərabərdir. Dövlət bankı olaraq, cəmiyyətdə baş verən mühüm hadisələrə vətəndaşlıq mövqeyimizdən  yanaşaraq   sosial   məsuliyyətimizi  dərk  edir  və bu  istiqamətdə fəaliyyət göstəririk.

Valyuta kalkulyatoru