Biznes kartları


Business Card

Şirkət əməkdaşları şirkətin fəaliyyəti ilə bağlı xərcləri öz xərclərindən ayırmaq üçün bu kartdan istifadə edir.

Ödənişlər zamanı nağd pul əməliyyatları azalır, hər ödəniş üçün nağd pulun tələb olunması, ödənişdən sonra pulun qalığının geri qaytarılması kimi problemlər aradan qaldırılır.

Şirkət rəhbərliyi xərcləri daha asan şəkildə izləyə bilir. Hər ödəniş üçün kart istifadəçisindən izahat tələb etməyə ehtiyac qalmır. Müntəzəm hesab çıxarış yaranmış xərclər haqqında daha ətraflı məlumat verir.

Xarici ölkələrə ezamiyyətlər zamanı nağd pulun gömrük orqanlarından keçirilməsi zamanı gömrük bəyənnaməsi təqdim etməyə ehtiyac qalmır. Xarici ölkələrdə pul vəsaitinin saxlanılması, onun qorunması, digər valyutalara çevrilməsi problemi olmur.

Səhv riskinin minimuma endirilməsi

Nağd pul vəsaitinin azaldılması

Xəzinadarlıq və mühasibat işçilərinin vaxtına qənaət

İnkassasasiya və pulların sayılması vaxtına qənaət

Sənədləşmə proseduraların sadələşdirilməsi

Valyuta kalkulyatoru