Əmək haqqı kartları


“Azər Türk Bank” ASC korporativ müştərilərə işçilərinin əmək haqqının rahat və vaxtında ödənilməsi üçün MasterCard və VİSA ödəniş kartlarını təklif edir. Əmək haqqı kartlarından istifadə həm təşkilat, həm də onun əməkdaşları üçün bir sıra üstünlükləri özündə birləşdirir.

Təşkilat üçün üstünlüklər:

  • əmək haqqlarının verilməsində səmərəlilik və operativlik
  • səhv riskinin minimuma endirilməsi
  • nağd pul vəsaitinin azaldılması
  • xəzinadarlıq və mühasibat işçilərinin vaxtına qənaət
  • inkassasasiya və pulların sayılması vaxtına qənaət
  • sənədləşmə proseduraların sadələşdirilməsi

Əməkdaşlar üçün üstünlüklər:

  • əmək haqqı üçün kassada növbədə durmadan anında pulun nağd alınması
  • pulun saxta olmaması və sayının düzgün olmasına əminlik
  • vəsaitlərin kart hesabında saxlanılmasının təhlükəsizliyi
  • əmək haqqının bankomatlardan həftənin 7 günü və 24 saat ərzində çəkilməsi imkanı

Maaş kart sahiblərinə şad xəbər! Artıq Azərbaycandakı bütün bankların bankomatlarından 0% nağd çəkmə komissiyası ilə əmək haqqınızı çəkə bilərsiniz.

Valyuta kalkulyatoru