İpoteka

  • Ümumi məlumat

 İpoteka krediti Maaş kartı AzerTürk Bank-da olanlara Güzəştli ipoteka krediti
Maksimum məbləğ 150 000 AZN 150 000 AZN 100 000 AZN
Maksimum illik faiz dərəcəsi 8% 7% 4%
Maksimum müddət 25 il 25 il 30 il
İlkin ödəniş 25% 25% 15%
Yaşayış minimumu 180 AZN 180 AZN 180 AZN

“Azər Türk Bank” ASC-də İpoteka Fondu hesabına verilən ipoteka kreditləri üzrə tələblər:

  • Kredit Azərbaycan manatı ilə verilir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına (Rezidentlərə) verilir;
  • İpoteka predmeti olaraq yalnız mənzil və ya fərdi yaşayış evi götürülür;
  • Kreditin məbləği Adi ipoteka kreditləri üzrə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dək verilir;
  • Kreditin məbləği Güzəştli ipoteka kreditləri üzrə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 75%-dək verilir;
  • İpoteka kreditləri üzr ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin maksimum 70%-dək götürülür;
  • Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc (yaşayış minimum) 180 AZN götürülür.
  • Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddinədək götürülür;
  • İpoteka ilə yüklü edilən daşınmaz əmlak Bankın əməkdaşlıq etdiyi və AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir;
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə səğortalanır;
  • Borcalanın (Birgə borcalanların) həyat sığortası bankın əməkdaşlıq etdiyi və AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan sığorta şirkətləri tərəfindən sığortalanır və sığorta onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılır, birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamaqla hesablanır;
  • Həmçinin İpoteka Fondu tərəfindən müəyyən olunan digər tələblər.

Güzəştli ipoteka kreditlərini aşağıda qeyd olunan şəxslər istifadə edə bilər:

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1.1.Şəhid ailəsinin üzvü (övladları, əri/arvadı);

1.2.Milli Qəhrəman (övladları, əri/arvadı);

1.3.Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

1.4.Ən azı üç il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

1.5.Ən azı beş il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

1.6.Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

1.7.İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər).

2. Elmlər Doktoru elmi dərəcəsi olan şəxs.

3. Ən azı on beş il dövlət qulluğunda qulluq edən şəxs.

4. Ən azı üç il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa) həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla).

5. Ən azı üç il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.



Valyuta kalkulyatoru