Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər




Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər

Azər Türk Bank müştəriləri kredit ödənişlərini və kart hesablarına mədaxilləri Banka yaxınlaşmadan MilliÖn ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər. Komtec LTD şirkəti ilə bağlanmış müqaviləyə əsasən, inteqrasiya işləri qısa zamanda yekunlaşmış və 4 may tarixindən etibarən, 24/7 rejimdə işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda ödənişləri yerinə yetirmək mümkün olacaqdır. Terminal vasitəsilə edilən ödənişlər zamanı müştərilərdən heç bir əlavə komissiya tutulmayacaq. Ödənişlər AZN, USD və EUR valyutalı hesablara mümkündür.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru