Azər Türk Bank VİSA kartlarına 90% endirim etdi | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bank VİSA kartlarına 90% endirim etdi




Azər Türk Bank VİSA kartlarına 90% endirim etdi

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank müxtəlif xidmət və məhsullar üzrə endirim kampaniyalarını davam etdirməkdədir.

“Yay endirimləri” adlanan növbəti kampaniyada ödəniş kartlarının əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 15 avqust-15 sentyabr tarixləri ərzində müştərilər tarif üzrə qiyməti 10 manat olan Visa Electron kartını 1 manat, qiyməti 15 manat olan Visa Classic kartını 3 manat ödəməklə əldə edə biləcəklər.

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək olar. Sifariş üç iş günü ərzində yerinə yetirlir.

Əlavə məlumat üçün www.azerturkbank.az saytına, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrinə, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.


Valyuta kalkulyatoru