Azər Türk Bankın xidmət şəbəkəsinə daha bir filial əlavə olunub | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bankın xidmət şəbəkəsinə daha bir filial əlavə olunub




Azər Türk Bankın xidmət şəbəkəsinə daha bir filial əlavə olunub

“Azər-Türk Bank” ASC-nin xidmət şəbəkəsinə daha bir filial əlavə olunub. Bankın “Masallı” filialı fəaliyyətə başlayıb. Filial Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Masallı şəhərində açılışı gerçəkləşdirilmiş “ASAN HƏYAT” kompleksində yerləşir. Azər Türk Bankın “Masallı” filialında bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli bank xidmətləri göstəriləcək. Bura müxtəlif növ kreditlərin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir. Filial həftə içi hər gün saat 09:30-dan17:00-a qədər müştərilərin xidmətindədir. “Masallı” filialının əməkdaşları həmçinin, “ASAN HƏYAT” kompleksində yerləşən ASAN xidmət mərkəzinin inzibati binasında da müştərilərə xidmət göstərəcəklər. “ASAN xidmət” mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi ASAN xidmət mərkəzinin iş rejimi ilə uyğunlaşdırılacaq.

“Masallı” filialının açılmasında məqsəd bu regiondakı geniş müştəri potensialına Azər Türk Bankın sərfəli məhsul və xidmətlərini təklif etmək, regionun iqtisadi inkişafına dəstək verməkdir. Regional filial şəbəkəsinin genişləndirilməsi Azər Türk Bankın müasir inkişaf konsepsiyasında priorotet istiqamətlərdən biri kimi müəyyən edilib. Bank ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir.

Qeyd edək ki, bu, Azər Türk Bankının 2016-cı il ərzində Bakıda və regionlarda istifadəyə verilmiş sayca dördüncü yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın 2 saylı şöbəsi, Şirvan şəhərində “Şirvan” filialı, Qəbələ rayonunda “Qəbələ” şöbəsi fəaliyyətə başlayıb.


Valyuta kalkulyatoru