Azər Türk Bankın plastik kart müştəriləri "Kartla ödə, kartla qazan" lotereyasında iştirak hüququna malikdirlər | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bankın plastik kart müştəriləri "Kartla ödə, kartla qazan" lotereyasında iştirak hüququna malikdirlər




Azər Türk Bankın plastik kart müştəriləri Kartla ödə, kartla qazan lotereyasında iştirak hüququna malikdirlər

Nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə AR Mərkəzi Bankı tərəfindən, cari ilin 1 fevral tarixindən başlayaraq, geniş əhali təbəqəsini əhatə edən “Kartla ödə, kartla qazan” adlı lotereya keçirilir. Belə ki, Azər Türk Bankın ödəniş kart sahibi olan müştəriləri də fevral, mart və aprel ayları ərzində ölkədə fəaliyyət göstərən ticarət və xidmət müəssisələrində,  ən azı 5 manat məbləğində nağdsız əməliyyat aparmaqla, avtomatik olaraq lotereyada iştirak hüququ əldə edirlər.
Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereyanın uduş məbləği 50 manatdır və bu məbləğ uduş sahibinin bank hesabına daxil ediləcəkdir. Bu barədə müştərilər kart hesabına xidmət edən bank tərəfindən məlumatlandırılacaqlar.
Kampaniyanın müddəti 2019-cu il 30 aprel tarixinədəkdir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru