“Hər kağızı bir yarpağa dəyişək” | Azər Türk Bank | Sizin Dövlət Bankınız

“Hər kağızı bir yarpağa dəyişək”




 “Hər kağızı bir yarpağa dəyişək”

Hər zaman korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirən Azər Türk Bank “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirakını davam etdirir. Bugünədək Bank tərəfindən 500 kq-dan artıq kağız tullantıları yenidən emal olunmaq üçün “Azərsun Holding” MMC-yə təhvil verilib. Layihədə Azər Türk Bankın Bakı şəhərində yerləşən xidmət şəbəkəsi ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan və Masallı şəhərlərində fəaliyyət göstərən filiaları da yaxından iştirak edir.

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “IDEA” ictimai birliyi və “Azərsun Holding” MMC tərəfindən həyata keçirilir. Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi Azər Türk Bankın iştirakçısı olduğu çoxsaylı sosial layihələrdən biridir. Bank vaxtaşırı olaraq cəmiyyətin, ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn mühüm layihələr həyata keçirir, sosial yönümlü təşəbbüslərin dəstəklənməsinə diqqət ayırır.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


Valyuta kalkulyatoru