Azər Türk Bankdan #SavabaOrtaqlıq | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bankdan #SavabaOrtaqlıq




Dövlət bankı Azər Türk Bank rəhbərliyi hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına, müxtəlif universitetlərin SABAH qrupları və ASAN Xidmət könüllülərinin də daxil olduğu olduğu 11 nəfər üçüncü kursda oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş tələbənin bir illik təhsil haqqının ödənilməsi barədə qərar vermişdir.

Xatırladaq ki, bu ilin Novruz bayramında Azər Türk Bank 10 tələbənin bir illik təhsil haqqını ödəmişdir.

Qeyd edək ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən on bir ali təhsil müəsisəsində yaradılıb.

Layihə “SABAH” Karyera Akademiyasının rəsmi tərəfdaşı olan dövlət bankı “Azər Türk Bank”ın təşəbbüsü ilə həyata keçirilir.

Azər Türk Bank hər zaman olduğu kimi bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, sosial yönümlü layihələrin gerçəkləşdirilməsində yenə də fəal iştirak edəcəkdir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.



Valyuta kalkulyatoru