Azər Türk Bankdan “Səyahət həyəcanı”




Azər Türk Bankdan “Səyahət həyəcanı”

Azər Türk Bank yeni – “Səyahət həyəcanı” kampaniyasına start verdi. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması üçün təşkil olunan kampaniya 01 iyun-15 avqust 2016-cı il tarixləri arasında keçiriləcək.


“Səyahət həyəcanı” kampaniyası çərçivəsində Azər Türk Bankın ödəniş kartları vasitəsilə ən aktiv ödənişlər edən müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaq. “Səyahət həyəcanı”nın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.

Valyuta kalkulyatoru