Dövlət Bankı saat 22:00-a kimi xidmət göstərir




Hər zaman müştərilərin rifah halını və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank may ayının sonuna kimi gücləndirilmiş iş rejiminə keçdi. Belə ki, Bankın “Bakı” filialı “Bakı Şopinq Festival” və “28 May” kampaniyasına olan çoxsaylı müraciətlər ilə əlaqədar olaraq həftə içi saat 09:00-dan 22:00-a kimi, həftə sonu isə saat 10:00-dan 22:00-a qədər müştərilərə xidmət göstərəcək. Vətəndaşlar festivalın qaydalarına uyğun olaraq buradan həm ƏDV-ni, həm də illik cəmi 18 faizlə zaminsiz maksimum 10.000 AZN-dək, zaminlə maksimum 20.000 AZN-dək istehlak krediti əldə edə bilərlər.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru