Azər Türk Bank “Zolotaya korona” sistemi üzrə xidmətlərə başlamışdır




Azər Türk Bank  “Zolotaya korona”  sistemi üzrə xidmətlərə başlamışdır

Dövlət bankı Azər Türk Bank “Zolotaya korona” beynəlxalq sürətli pulköçürmə sistemi üzrə xidmətlərə başlamışdır.

Bankdan bildirmişlər ki, bu sistem üzrə pulköçürmə əməliyyatlarını bankın Bakı, Naxçıvan, Gəncə, Qəbələ və Şirvan şəhərlərində yerləşən 10 ofisi vasitəsilə həyata keçirmək mümkündür.

“Zolotaya Korona” təcili pul köçürmələri sistemi üzrə müştərilər ABŞ dolları, AVRO, AZN və RF rublu ilə köçürmələr edəcək, yaxud göndərilən vəsaiti ala biləcəklər.

Köçürmənin məbləğinə və istiqamətinə uyğun olaraq əməliyyat üzrə tarif 1% təşkil edir. Göndərilən və alınan vəsait fərqli valyutalarda olarsa, bu halda Azər Türk Bank konvertasiyaya görə müştəridən komissiya tutmur.

“Azər Türk Bank” müştərilərə yüksək keyfiyyətli xidmət göstərən, yeni xidmət və texnologiyaların davamlı həyata keçirilməsini təmin edən etibarlı biznes tərəfdaşıdır. Əminik ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq və ən əsası, "Zolotaya Korona"nın müştəriləri yeni tərəfdaşımızın ofislərində pul vəsaiti göndərmək və qəbul etmək üçün yüksək keyfiyyətli xidmət ala biləcəklər",- deyə" Zolotaya Korona - Pul köçürmələri "xidmətinin direktor müavini Olesya Fedorova bildirib.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru