Problemli kreditlər barədə məlumat | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Problemli kreditlər barədə məlumat


Fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiyası ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar kompensasiya və güzəştlərin tətbiqinə dair sorğuların cavabı

  • Vaxtı keçmiş kredit borcu nə deməkdir?

Vaxtı keçmiş kredit borcu dedikdə 2012-ci il yanvarın 1-dən 28 fevral 2019-cu il tarixinədək fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək ,milli valyutada isə 17 000 (on yeddi min ) manatadək olan əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.

  • Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan kredit üzrə borcu ödəmiş vətəndaşlara da kompensasiya odəniləcəkdir?

Misal :vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min (on min) ABŞ dolların kredit götürüb və hər iki devalvasiyanın olmasına baxmayaraq, kredit üzrə borcu ödəyib. Fərmanın müddəalarına görə, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə əsasən hesablanaraq həmin məbləğ kredit üzrə borcu bağlamış şəxsə ödəniləcək.

  • Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aid edilir?

17 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borcu üzrə vətəndaşlarımız da güzəştlərdən (faiz borcları silinərək kedit üzrə vaxtı keçmiş borc restrukturizasiya olunur) yararlana biləcəklər.

  • Kreditlər üzrə ödəniləcək güzəşt məbləğini hər bir vətəndaş özü hesablaya bilərmi?

https://pk.fimsa.az/calculator2 internet ünvanında müvafiq hissələrə lazımi məlumatı daxil etməklə əldə edəcəyiniz güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilərsiniz.

  • İşlərin məhkəmələrdən geri çağrılması necə həyata keçiriləcəkdir?

Birinci və ikinci devalvasiyanın nəticəsi olaraq kredit müqavilələri üzrə milli valyutada 17 000 (on yeddi min) manatadək, xarici valyutada isə 10 000 (on min)  ABŞ dollarınadək olan əsas məbləğ üzrə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilərək, həmin işlər banklar tərəfindən məhkəmələrdən geri çağrılacaq.

  • Kompensasiyadan sonra kredit üzrə olan qalıq bocun ödənişi necə həyata keiriləcəkdir?

Ödənişin aparılmasına bir ili güzəşt müddəti verilməklə illik 1 faiz dərəcəsi ilə beş illik kreditin verilməsi rəsmiləşdirilərək yeni ödəniş cədvəli tərtib olunur. Bu hal kredit üzrə aylıq ödənişlərin kəskin azalmasına səbəb olur. Yəni faktiki olaraq kredit üzrə borcalanın qalıq borcuna illik 1 faiz hesablanır, müddət isə uzadılır ki, vətəndaş ödənişi həyata keçirə bilsin.

  • Kompensasiyanı almaq üçün nə etməli? 

Kredit müqavilələri üzrə borcluların Siyahısı dəqiqləşdirildikdən sonra banklar tərəfindən vətəndaşlarla əlaqə saxlanılaraq kompensasiyanın ödənişi həyata keçirəcəkdir.

  • Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ətraflı şəkildə bu ünvanda https://fimsa.az/az/press-reliz/600 tanış ola bilərsiniz.

Azər Türk Banka aidiyyəti olan suallara cavabları WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 

 

Valyuta kalkulyatoru