Elektron Ticarət (E-Commerce) | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Elektron Ticarət (E-Commerce)


Elektron Ticarət internet vasitəsilə marketinq işlərinin həyata keçirilməsi, alıcı ilə satıcı arasında əlaqələrin qurulması, əmtəə və xidmətlərin təqdimatı və ya sifarişi, ödənişlərin yerinə yetirilməsi, əmtəələrin çatdırılması sxemlərinin seçilməsi və realizasiyası üçün geniş imkanlar yaradır. Bankımız Sizlərə internet saytınızda müştərilərinizə təqdim etdiyiniz məhsul və xidmətlərin dəyərinin rahat, sürətli və tam təhlükəsiz şəraitdə ödəniş kartları vasitəsilə qəbul edilməsi xidmətini təklif edir.
Elektron Ticarətin ənənəvi ticarətlə müqayisədə bir sıra üstünlükləri vardır:

  • Təchizatçılar üçün satış bazarlarının genişləndirilməsi və alıcılar üçün yeni seçim imkanları;
  • Məhsul və xidmətlərinizin potensial müştəri auditoriyasına tanıdılması və satışı üçün fasiləsiz 24x7 rejimində işləyən yeni kanalın yaranması imkanı;
  • Nağd pulun saxlanması, sayılması, banka təhvil verilməsi, zəruriyyət yarandıqda pulun xırdalanması vә bu kimi bir sıra riskli və vaxt aparan əməliyyatlardan azad olunma;
  • Əməliyyatlara onlayn rejimdə nəzarət;
  • Onlayn rejimdə hesabatçılıq sayəsində satış həcmlərinin təhlilinin asanlaşması;
  • Təchizatçı üçün satışın fərdiləşdirilməsi, alıcı ilə birbaşa ünsiyyət,  alıcı üçün isə əmtəə və xidmətin fərdi seçimi imkanı;
  • Vasitəçi zəncirin azaldılması və ya tam aradan qaldırılması, nəticə etibarı ilə - sürətli əks əlaqə;
  • Xərclərin azaldılması imkanı. Belə ki, internet mağaza yalnız anbara ehtiyac duyur, çoxsaylı ticarət obyektləri və xidmət personalı lazım olmur, reklam məsrəfləri azalır, yekunda isə məhsulun qiyməti alıcı üçün daha cəlbedici olur;
  • Sifarişin icrasına fasiləsiz nəzarət imkanı;
  • Biznes üçün yeni imkanlar.

Xidmət barədə ətraflı məlumat almaq, eləcə də tarif və qiymətlər barədə razılaşmaların yerinə yetirilməsi üçün Sizləri xidmət nöqtələrimizə dəvət edirik.

Valyuta kalkulyatoru