HESABLAŞMA-KASSA XİDMƏTİ


“Azər Türk Bank” ASC-də fiziki şəxslər üçün Azərbaycan manatı, ABŞ dolları, Avro, Rus rublu, Türk Lirəsi, İsveçrə Frankı və Funt Sterlinqdə cari hesabların açılması mümkündür. Hesabların açılması və onlar üzrə əməliyyatların aparılması rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

Fiziki şəxslər aşağıdakı xidmətlərdən faydalana bilərlər:

  • Yuxarıda qeyd olunan valyutalarda cari hesabların açılması
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • İnkassasiya xidmətləri – müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması

Bankın hesablaşma sistemi filiallararası köçürmələrin saniyələr içərisində və pulsuz həyata keçirməyə imkan verir. Ölkədaxili və xaricə nağdsız köçürmələr Azərbaycan manatı və başqa valyutalarda həyata keçirilir.

Hesabların açılması və onlar üzrə aparılmış əməliyyatlara görə xidmət haqqı “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin tariflərinə uyğun olaraq tutulur.

Cari hesabların açılması üçün fiziki şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

  1. Hesabın açılması üçün Ərizə (Bank tərəfindən təqdim olunur)
  2. Bank hesabın açılması üçün Müqavilə (Bank tərəfindən təqdim olunur)
  3. Şəxsiyyəti təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
  4. İmza nümunəsi vərəqəsi (Bank tərəfindən təqdim olunur) 

Valyuta kalkulyatoru